Ermənistanda Vazgen Sərkisyan adına Hərbi Akademiya fransız kursantların qəbuluna başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb.
Qeyd edilir ki, Akademiya təhsil prosesinə tam inteqrasiya olunacaq yeni fransız kursantları qəbul edir.
“Yeni qəbul edilən kursant gündəlik həyatını və təhsilini erməni yoldaşları ilə bölüşəcək. Bu mübadilələr sayəsində ordularımız arasında əməkdaşlıq uzunmüddətli xarakter alır”, – məlumatda deyilir.
Qeyd edək ki, son illər Fransa Ermənistanı intensiv şəkildə silahlandırır. Bununla yanaşı, fransız zabitlərin erməni ordusunun yenidən qurulmasında, eyni zamanda mühəndis-istehkam işlərində rol oynadığı bildirilir.
Əliyar Xəlil
Globalinfo.az