Putinin Qarabağ çıxışında xoşagəlməz detal – Bu iki sözü demədi

“Rusiya Prezidenti Vladimir Putinin Vladivostokdakı bugünkü çıxışında “Qarabağın statusunu İrəvan özü müəyyən edib” cümləsi çox nəsnədən xəbər verir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Kreml sahibi deyib ki, Rusiya İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın nəzarət etdiyi (Putin işğal əvəzinə “nəzarət” ifadəsinə üstünlük verir) 5 rayonunu Azərbaycana geri qaytarması müqabilində iki rayon – Kəlbəcər və Laçının faktiki olaraq Ermənistanın və Qarabağın “yurisdiksiyasında” qalmağı təklif edirdi:

“Putinin sözlərinə görə, Ermənistan rəhbərliyi bununla razılaşmayıb. Budurmu Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə olan hörməti? Azərbaycan Kəlbəcər və Laçından niyə imtina etməli idi? Putin çıxışında Şuşanın adını ona görə çəkməyib ki, şəhərimizi ermənilərə “peşkəş” edibmiş.

Elxan Şahinoğlu

Beləliklə, Putin indiki vəziyyəti Ermənistan hakimiyyətinin yanlış siyasəti ilə əlaqələndirib. Kreml sahibinin “Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb” cümləsi də bundan xəbər verir. Göründüyü kimi, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistan və separatçılarla yanaşı Kremlin də planlarını pozub. Vladimir Putin çıxışlarında bircə Rusiya sülhməramlı kontingentin Azərbaycan ərazisində fəaliyyət müddətinə toxunmaq istəmir”.

Turan Rzayev
Globalinfo.az