Ermənistan BRİKS-də müşahidəçi statusu almaqda maraqlıdır.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “WION” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkə artıq BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının işində iştirak edib.

“Biz bu təşkilatda müşahidəçi statusu almaqda maraqlıyıq və bu formatın hansı əməkdaşlıq imkanları verə biləcəyini öyrənmək istəyirik”, – Mirzoyan bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: