“Ermənistan Qarabağın 7 rayonunu ələ keçirmək üçün Rusiya silahlarından istifadə edib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O, Ermənistanın müstəqillik əldə etdiyi gündən bu yana Rusiyaya məxsus silahlardan istifadə etdiyini söyləyib:
“Rusiya silahlarından Afrikada da istifadə olunur, hətta Mozambik bayrağında “Kalaşnikov” avtomatı var. Ermənistanın əvvəlki liderlərindən heç biri Rusiyaya Qarabağın “müstəqilliyini” tanımağı təklif etməyib”.
Lavrov Ermənistanın Rusiyaya ödənişini etməsinə rəğmən təhvil verilməyən silahlardan söz açıb:
“Biz Moskvadan göndərilməyən silahlarla bağlı məsələni də müzakirə etdik, o mövzu həll olundu. İrəvanın ödənişi başqa məqsədlər üçün istifadə olunacaq. Rusiya Federasiyası bütün Avropaya qarşı mübarizə apardığı bir şəraitdə öhdəliklərini vaxtında yerinə yetirə bilmir, amma buna çalışır. Bir sıra sistemlər Ermənistan tərəfinə verilir. Həmçinin başqa ölkələrdən silah almaq İrəvanın suveren hüququdur”.
Ayşən Mustafa
Globalinfo.az