“Ermənistanın edə biləcəyi ən yaxşı şey Azərbaycanla münasibətləri normallaşdırmaqdır”.
Globalinfo.az xəbər verir ki, bunu Hudson İnstitutunun baş elmi işçisi, politoloq Lük Koffi deyib.
“Azərbaycandakı etnik ermənilərin isə edə biləcəyi ən doğru şey bu ölkənin müxtəlifliyə sahib cəmiyyətinin bir parçası olmaqdır. Yeni müharibə region üçün, amma ən çox Ermənistan üçün pis nəticə verəcək. Xoşunuza gəlməyə bilər, lakin reallıq budur”, – o bildirib.
Ayşən Mustafa
Globalinfo.az