
***
10:43
Türkiyədə baş vermiş zəlzələ səbəbindən axtarış işlərinə cəlb edilən bəzi erməni xilasedicilərin soyğunçuluqla məşğul olduqları üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Teleqram kanallarında yayılıb.
Qeyd edilib ki, Adıyamanda zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq etdiklərinə görə Arsen Qazaryan və Vahan Sürmalyanı həbs edilib.
“Onların üzərindən zəlzələdə ölən Türkiyə vətəndaşlarının qızıl-zinət əşyaları tapılıb. İstanbulda nəşr olunan “Aqos” qəzetinin redaktoru Baqrat Estukyan da məlumatı təsdiq edib”, – məlumatda bildirilib.
Ətraflı videoda:
Tamerlan Yayaqan
Globalinfo.az