Sahibə Qafarova və Alen Simonyan bu tarixdə yenidən görüşə bilər

Milli Məclisin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında yeni görüşün keçirilməsi ilə bağlı ilkin razılıq var.

Globalinfo.az xəbər verir ki, bu barədə spiker Alen Simonyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

O bildirib ki, Parlamentlərarası İttifaqın vasitəçiliyi ilə may ayının ortalarında yeni görüşün keçirilməsi istiqamətində ilkin razılıq əldə olunub.

Xatırladaq ki, Sahibə Qafarova və Alen Simonyan arasında görüş martın 22-də, Parlamentlərarası İttifaqın 148-ci iclası çərçivəsində baş tutub.

Əliyar Xəlil
Globalinfo.az