Erməni nazir istefa verdi

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan istefa verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Nazirin mətbuat katibi Qexam Melikbekyan bu barədə məlumatı təsdiq edib.

Qeyd edək ki, Dumanyan 2021-ci ilin avqustunda bu vəzifəyə təyin olunub.