Erməni general həbs edildi

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni hüquqşünas Varazdat Arutyunyan Feysbukda yazıb.

Ermənistan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, T.Xaçatryan yanvarın 11-də 1977-ci il təvəllüdlü şəxsə ağır xəsarətlər yetirib.

Bundan sonra saxlanılıb, üzərindən 16 ədəd patron olan CZ-75 tipli döyüş tapançası aşkar edilib.

Zaira Akifqızı
Globalinfo.az