Erməni əsilli müğənninin adamı axtarılır – İttihamlar

itina

Rusiyanın Xalq artisti Filipp Kirkorovun səs məşqçisi İnna Tliaşinovaya qarşı vergidən yayınma və çirkli pulların yuyulması ittihamı ilə cinayət işi açılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Şot” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, onun vergi orqanlarına 460 milyon rubldan çox (təxminən 9,5 milyon) borcu var və  hazırda axtarışdadır.

“Məşqçinin 2020-ci ildən 2022-ci ilə qədər olan dövr üçün borcu 431 milyon rubl təşkil etsə də, bu rəqəm cəmi bir gündə artıb. O, ittiham edilən maddələr üzrə yeddi ilə qədər həbs oluna bilər”.

Qeyd edək ki, Filipp Kirkorovun erməni olduğu iddia olunsa da, o, bu barədə heç vaxt danışmayıb. Lakin ötən il əsl soyadının Kriqoryan olduğu üzə çıxıb.

Leyla Əlisoy
Globalinfo.az