Ərdoğan Putinlə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Bildirilib ki, liderlər Akkuyu Atom Elektrik Stansiyasının açılışı ilə yanaşı, Suriya məsələsini və Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

Telefon danışığı zamanı həmçinin ikitərəfli münasibətlərdən də bəhs edilib.