Ərdoğanın mərasimində diqqət çəkən an: Paşinyan bunu gözləmirdi – FOTO

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın Ankarada Külliyədə keçirilən andiçmə mərasimində bir neçə məqam diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, mərasim zalında ön sırada Azərbaycan Prezidenti İlham Əliyevin, onun tam arxasında isə Ermənistanın Baş naziri Nikol Paşinyanın əyləşdirilməsi müzakirələrə səbəb olub.

Türkiyə Prezidentinin ölkə liderlərilə görüşərkən ilk İlham Əliyevlə görüşü və bunun Külliyədə böyük alqışlarla müşayiət olunması, onun ardında Nikol Paşinyanla əl sıxması xüsusi maraqla qarşılanıb.

Bu məsələ sosial şəbəkələrin Türkiyə seqmentində Ermənistana açıq mesaj şəklində dəyərləndirilib və əksəriyyət tərəfindən təqdir edilib.

Qeyd edək ki, iyunun 3-ü Ankarada yerləşən Prezident Külliyəsində Rəcəb Tayyib Ərdoğanın rəsmi andiçmə mərasimi keçirilib.

Ayşən Mustafa

Globalinfo.az