Ərdoğan etiraf etdi: “Bizə təzyiqlər var, səbəbi isə…”

Son vaxtlar Türkiyəyə təzyiqlər artıb.

Globalinfo.az xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 5-də “Ortaq paylaşım” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bunun əsas səbəbi Ankaranın Yaxın Şərqdəki durumla bağlı ortaya qoyduğu mövqedir:

“Milli Kəşfiyyat İdarəmiz həm daxildə, həm də xaricdə düşmənə layiqli cavab verir. Türkiyə Silahlı Qüvvələri terrorçuları məhv edir. Türkiyə artıq tam müstəqildir. Əvvəlki Türkiyəyə öyrəşənlərin bundan narahat olmaları təbiidir”.