Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrası Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində icra edilib.
Globalinfo.az xəbər verir ki, müəssisədən 4 nəfər azadlığa buraxılıb. Azadlığa buraxılan keçmiş məhkumların hamısı Azərbaycan vətəndaşlarıdır.
Qeyd edək ki, bu gün imzalanan əfv sərəncamıı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1 nəfər isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.
***14:27
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının icrasına başlanılıb.
Globalinfo.az bildirir ki, sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.
Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.