stiv uitkoff 900x506 2


ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzzada atəşkəs rejiminin müəyyən çatışmazlıqlara baxmayaraq davam etdiyini bildirib.

Globalinfo.az-ın xəbərinə görə, Uitkoff Qəzza ilə bağlı tədbirdə çıxışı zamanı humanitar səylərin artıq tarixi nəticələr verdiyini deyib.

Onun sözlərinə görə, Qəzzaya humanitar yardımın göstərilməsi və bölgənin bərpası üçün milyardlarla dollar vəsait ayrılıb, ianə edilib.

Tədbirdə çıxış edən Jared Kuşner isə Qəzzanın bərpasının demilitarizasiyasız  mümkün olmayacağını bildirib.

“Qəzzanın çiçəklənməsini və potensialını tam reallaşdırmasını istəyirik. Bunun üçün bölgə tamamilə demilitarizasiya edilməlidir”, – deyə Kuşner vurğulayıb.

Təqdim olunan plana əsasən, Qəzzanın mərhələli şəkildə bərpası, silahlı qrupların tərksilah edilməsi və vahid təhlükəsizlik sisteminin yaradılması nəzərdə tutulur.

Planın ilk mərhələsinin həyata keçirilməsi üçün 2,45 milyard dollar vəsaitin cəlb edilməsi planlaşdırılır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: