images 9

Azərbaycan millisi Tacikistanla yoldaşlıq matçında qələbə qazanıb.

Globalinfo.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilən oyun Ayxan Abbasovun baş məşqçi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün 58-ci dəqiqəsində Tacikistan millisinin qapıçısı Oleq Baklov avtoqol müəllifi olub.

Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.

Paylaş: