ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna arasında münaqişə səbəbindən ailələrindən ayrı düşən uşaqların yaxınlarına qaytarılması istiqamətində Vaşinqtonla Moskva arasında birbaşa əlaqənin olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Fox News”a müsahibəsində danışıb.
Melaniya Trampın sözlərinə görə, uşaqların ailələrinə qaytarılması prosesində Rusiya və Ukrayna ilə birbaşa əlaqə xətti yaradılıb.
O, öz nümayəndəsinin bu istiqamətdə iş apardığını və əlavə bir əlaqələndirmə mexanizminin yaradılması üzərində də çalışdıqlarını qeyd edib.
“Prezident Putinlə də birbaşa əlaqələr mövcuddur. Nümayəndəm bu məsələ üzərində işləyir və biz daha bir əlaqələndirmə mexanizmi üzərində çalışırıq”, – deyə Melaniya Tramp bildirib.
Tahir Turan
Globalinfo.az