Ermənistan Baş naziri Nikol Paşinyan köhnə həyat yoldaşı Anna Akopyanın qərarına hörmətlə yanaşdığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
“Lakin həmin qərarla tam şəkildə razı deyiləm. Mən ailəmin birliyini qorumaq üçün müxtəlif səylər göstərdim, indi münasibətlərin bərpası üçün fürsət yaranıb. Bunun baş verməsindən məmnunam və ailəmi qorunmaq üçün mənə ikinci şans verildiyini düşünürəm”, – deyə vurğulayıb.
Qeyd edək ki, fevralın 25-də Anna Akopyan Nikol Paşinyandan ayrıldığını və hökumətə məxsus yay iqamətgahını tərk etdiyini açıqlamışdı. Aprelin 19-da həmin çıxışdan sonra ilk dəfə Anna və Nikol Paşinyan Gümrüyə gedərkən görüntülənmiş, ictimaiyyətin yenidən marağına səbəb olmuşdular.
Safura Bənnayeva
Globalinfo.az