ABŞ Rusiya Prezidenti Vladimir Putini dekabrın 14–15-də Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.
Rubio bildirib ki, Vaşinqton Putinin sammitdə yalnız ABŞ Prezidenti Donald Trampla deyil, digər dünya liderləri ilə də görüşməsi üçün imkan yaranacağını düşünür.
ABŞ dövlət katibi Putinlə Trampın sammit çərçivəsində görüşə biləcəyini də istisna etməyib.
Rubio qeyd edib ki, Vaşinqton Moskva ilə dialoqa açıqdır və Rusiya liderinin dəvəti qəbul edəcəyinə ümid bəsləyir.
Əliyar Xəlil