0d6f9552 0e82 4299 bfa9 9f82dc1c4532 7

“Osman Sınav “Kurtlar vadisi” serialının təxminən 50-ci bölümlərinə çatanda artıq xoşbəxt deyildi”. 

Globalinfo.az xəbər verir ki, bunu məşhur serialda rol alan türkiyəli aktyor Abidin Yerebakan deyib.

“Osman Sınav heç kimə salam vermədən öz kabinetinə qalxırdı. Heç xoşbəxt deyildi”, – o bildirib.

Abidin Yerebakan həmçinin serialda baş verənlərin qısa müddət sonra reallığa çevrildiyini də qeyd edib.

“Üç gün sonra biz onu (serialda yaşanan hadisəni – red.) artıq real həyatda yaşayırdıq. Əsl mənzərəni görə bilmirdik”, – deyə aktyor əlavə edib.

Globalinfo.az

Paylaş: