
Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum 2028-ci il prezident seçkiləri və Rəcəb Tayyib Ərdoğanın mümkün namizədliyi ilə bağlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Uçumun sözlərinə görə, növbəti ümumi seçkilərin normal keçirilmə tarixi 7 may 2028-ci il hesab olunur.
Lakin Türkiyə Böyük Millət Məclisinin seçkilərin yenilənməsi barədə qərar qəbul etməsi halında səsvermənin daha erkən tarixə keçirilməsi mümkündür:
“Ehtimal olunan tarix isə 16 aprel 2028-ci ildir. Bu vaxtda seçkilərin keçirilməsi üçün parlamentin müvafiq qərar qəbul etməsi kifayətdir”.
Safura Bənnayeva
Globalinfo.az