8a711b38 06e1 3b49 8055 0d531861039f 850

Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

R.T.Ərdoğan ölkələr arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb.

Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyib.

Paylaş: