“Ankara Ermənistan-Azərbaycan sülh prosesi məsələsində Bakı ilə koordinasiyalı işi davam etdirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.
“Biz qardaş Azərbaycan və eləcə də Ermənistanın bu istiqamətdə səmimi səylərini görürük. Ankara prosesi izləyəcək və Azərbaycanla koordinasiyalı şəkildə işləməyə davam edəcək. Ümid edirəm ki, xarici qüvvələr prosesi sabotaj edə bilməyəklər”.
O qeyd edib ki, oktyabrın 18-də İstanbulda regional “3+3” platformasının toplantısı keçirilib.
“Ankara onu institusional platformaya çevirmək istəyir”, – deyə Ərdoğan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az