Ərdoğan SƏRT DANIŞDI: “Terror təşkilatının güclənməsinə imkan verməyəcəyik”

Son terrorçu məhv edilənə qədər terroru mənbəyində məhv etmək strategiyasını qətiyyətlə həyata keçirməyə davam edəcəyik.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın “X” hesabındakı paylaşımda deyilir.

Qeyd olunub ki, “Türkiyə nəyin bahasına olursa olsun İraqın şimalında və Suriyada terror təşkilatının güclənməsinə imkan verməyəcək”.