Ermənistan müharibəyə hazırlaşır? – Rəsmi

“Ermənistan təhlükəsizlik əlaqələrini şaxələndirir, biz hərbi-texniki əməkdaşlıq edir, peşəkar ordu yaradırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan II Dünya Erməni Sammitində deyib.

Baş nazir orduda aparılan islahatların aqressiv kontekstdə olmadığını bildirib:

“Azərbaycanda bizim silah almağımız barədə çox danışılır. Deyirlər ki, Qərb Ermənistanı silahlandırır. Lakin biz sadəcə təhlükəsizlik üçün ordunu gücləndirməyə çalışırıq. Bunun aqressiv bir məqsədi yoxdur. Ümumiyyətlə, təhlükəsizlik üçün ətraf regionlarla gərginlik azalmalıdır. İran və Gürcüstanla əlaqələrimiz qaydasındadır, Türkiyə ilə də diplomatik münasibətlər qurulmalı, sərhədlər açılmalıdır”.

Əliyar Xəlil
Globalinfo.az