Ərdoğan seçkidə qalib gələcək, amma sürprizlərə hazır olmalıdır – Proqnoz

“Türiyədəki prezident və parlament seçkilərinə təxminən 8 gün qalır. Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov Türkiyədə keçiriləcək seçkilər haqda danışarkən deyib:

Kənan Novruzov

Onun sözlərinə görə, “Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib:

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.

Fikrimcə, dövlət başçısı postu üçün iki ciddi namizəd var: AK Partiya (Ədalət və İnkişaf Partiyası) sədri Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu. İkisi də ciddi çalışır. Hər iki siyasətçisinin seçki kampaniyası uğurla davam edir.

Düşünürəm ki, seçki prosesi gərgin keçəcək. Az fərqlə Ərdoğanın qalib gələcəyini proqnozlaşdırıram.

Təxribatların olması isə istisna deyil. Daxildə ciddi qaşıdurmalar, həmçinin terror cəhdləri ola bilər. Adətən dünya ölkələrində belə olur. Fikrimcə, hakimiyyət, o cümlədən təhlükəsizlik gücləri ehtimal edilən provokasiyalara hazırdır. Qənaətimə görə, seçkilərin ikinci turuna ehtiyac qalmayacaq və hazırkı iqtidar yenə qalib gələcəcək.

Ərdoğanın qalib gəlməsi təkcə Türkiyə üçün yox, region və Türk dünyası üçün xüsusi əhəmiyyətlidir”.

Turan Rzayev
Globalinfo.az