Ərdoğan seçilsə, müxalifət mitinqlər başladacaq? – Cavab

Türkiyədəki prezident seçkisində Rəcəb Tayyib Ərdoğan qalib gəlsə, ölkədə iğtişaşlar baş verməyəcək. Müxalifətin belə planı yoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyinə Türkiyə müxalifətindəki mənbə bildirib.

“Müxalifət nə 2004-cü ildə Ukraynadakı Maydan tipli hadisələr, nə də iğtişaşlarla bağlı digər aksiyaları planlaşdırır. Onun edəcəyi yeganə şey seçkinin nəticələrini qanuni yollarla mübahisələndirmək olacaq. Əgər mitinqlər olsa, bu o demək deyil ki, onlar güc tətbiqi aksiyalarına qədər böyüyəcək. Hər şey qanuni formada baş verəcək”, – mənbə deyib.

İlkin Həsənov
Globalinfo.az