Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TUSAŞ-da baş verən terror hücumu ilə bağlı Rusiya səfərini yarıda qoyaraq ölkəyə qayıdacaq.
Globalinfo.az xəbər verir ki bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Prezident Ərdoğanın oktyabrın 24-də yerli vaxtla saat 11:20-də Tatarıstanın paytaxtı Kazandan yola düşəcəyi gözlənilir.
Onun Kazanda planlaşdırılan görüşləri təxirə salınıb. Hətta o, bu gün keçirilən rəsmi ziyafətdə də iştirak etməyib.
Türkiyə Prezidenti Ərdoğan Kazanda proqramını yarımçıq qoyaraq cümə axşamı səhər Türkiyəyə qayıdacaq.
Qeyd edək ki, bu gün Ankarada TUSAŞ-ın binasında törədilən terror aktı nəticəsində 5 nəfər şəhid olub, 22 nəfər yaralanıb.