Ərdoğan İlham Əliyevin adını çəkdi, izdiham hərəkətləndi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qələbə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ona zəng etməsindən danışıb.

Globalinfo.az xəbər verir ki, bu an onu dinləyən izdihamdan alqış sədaları qopub.

“Az əvvəl Azərbaycan Prezidenti qardaşım İlham Əliyev, Özbəkistan Prezidenti Şevket Mirzoyeyov zəng ediblər. Onlar da bizimlə bu sevincimizi bölüşürlər”, – Ərdoğan bildirib.