Ərdoğan Hindistana və ABŞ-a gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti həftə Hindistana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı bu ölkədə keçiriləcək Böyük İyirmilik (G20) ölkələri qrupunun toplantısına qatılacaq.

Ayın sonunda isə Türkiyə lideri ABŞ-yə yollanacaq. BMT Baş Assambleyasının iclasında iştirak edəcək R.T.Ərdoğan həmçinin ikitərəfli görüşlər keçirəcək.