Ərdoğan BMT-nin Baş katibi ilə bu məsələləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Adminiatrasiyası məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Suriya və Sudandakı hadisələr müzakirə edilib.

Ərdoğan telefon danışığında qeyd edib ki, Türkiyə Sudanda münaqişənin hər iki tərəfi ilə dialoq qura bilən ölkə kimi tərəfləri yenidən sülh danışıqlarına dəvət etmək və iki ölkə arasındakı mübahisələri həll etmək üçün BMT ilə əməkdaşlığa hər zaman hazırdır.