Ərdoğan 2023-cü ildə prezident seçilsə… – Boltondan xəbərdarlıq

Zelenskinin Vaşinqtondakı çıxışı Avropada 1945-ci ildən sonra yaşanan ən böyük quru savaşının ABŞ, Britaniya və NATO üçün nə qədər vacib olduğunu xatırlatdı.

Globalinfo.az xəbər verir ki, bu sözlər ABŞ prezidentinin milli təhlükəsizlik üzrə eks-müşaviri Con Boltonun məqaləsində yer alıb.

Onun sözlərinə görə, hazırda Ukrayna savaşı dalana dirənib:

“Sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbələr vurub, amma Ukrayna iqtisadiyyatı daha pis vəziyyətdədir, onun fiziki kapitalının demək olar ki, böyük hissəsi külə çevrilib”.

Bolton Finlandiya və İsveçin savaş fonunda NATO-ya üzvlük qərarını alqışlayaraq, Türkiyəni bu işdə onlara yaratdığı maneəyə görə tənqid edib. Bolton Ərdoğanın 2023-cü ildə prezident seçiləcəyi təqdirdə iki ölkə ilə bağlı müəmmanın davam edəcəyini bildirib.

Aqşin
Globalinfo.az