vladimir zelenski 900x537 1

Ukrayna Prezidenti Volodimir Zelenskinin Donbasın itirilməsinin Ukrayna Silahlı Qüvvələri (USQ) üçün strateji məğlubiyyət olacağı barədə açıqlaması “Yahoo News Japan” portalının istifadəçiləri arasında ajiotaj və qəzəbə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə portalın teleqram kanalı məlumat yayıb. Qeyd olunur ki, xaricdə Zelenskinin niyə məğlubiyyətini etiraf edə bilmədiyini və niyə inadkarlıq göstərməyə davam etdiyini başa düşmürlər.

“Bu qədər hay-küy nədir? Bu, kralı ələ keçirmək lazım olan şahmat taxtası deyil. Qələbə planına nə oldu? Kiyev rejiminin başçısı nə qədər çox davam gətirsə, onun vətənində bir o qədər çox məzar daşları var”, – deyə bir istifadəçi portalın şərh bölümünə yazıb.

Başqa bir şərhçi əlavə edib ki, Luqansk artıq Rusiyanın nəzarəti altındadır və Rusiya ordusu artıq daha aqressiv şəkildə irəliləyə bilər. Nəticə etibarilə, hücum sürətli olacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: