“Türkiyə həmişə Rusiya ilə Qərb arasındakı konfliktlərdən yararlanıb”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
“Onlar bunu 200 il ərzində ediblər. Ərdoğan bir tərəfdən BRİKS-ə daxil olur, digər tərəfdən Qərblə əlaqələri davam etdirir. Bu o deməkdir ki, hər iki tərəfə bizim hələ də sizlə həll etməli olduğumuz məsələlərin olması ilə bağlı siqnal göndərilir. Qorxuram ki, bu dəfə də bizdən xəbərsiz bütün məsələlər həll ediləcək və Ermənistan güzəştlərə məcbur qalacaq.
Bizi səriştəsiz insan idarə edir və hər zaman söz oyunları oynayır. Aydındır ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ Azərbaycan, Rusiya və İran arasında həll edilir. Putin Əliyevlə görüşür, sonra deyir ki, biz sizə sonra siz tərəfdən nəyi həll etdiyimizi deyəcəyik. Üçüncü tərəflər bizim ərazilər barədə danışıb razılaşırlar. Biz suverenliyimizi itirmişik və dövlətimiz yavaş-yavaş Fələstinə çevrilir. Bizdə də Fələstindəki kimi olacaq – fərqli dövlətlərin fərqli maraqları…” – Xaçikyan bildirib.
O qeyd edib ki, indi Rusiyaya Türkiyə və Azərbaycan Ermənistandan daha vacibdir, çünki onlar 35 il ərzində ölkələrini stabil və güclü ediblər.
Əliyar Xəlil
Globalinfo.az