İranın xarici işlər naziri Abbas Əraqçi İranın raket proqramı ilə bağlı ABŞ-a xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, Əraqçi bu barədə yerli mediaya açıqlamasında danışıb.
O bildirib ki, İran uzaqmənzilli raketlər hazırlamır və ölkənin raketlərinin mənzili qəsdən 2000 kilometrə qədər məhdudlaşdırılıb. Nazir qeyd edib ki, bu addım raketlərin qlobal təhlükə kimi qəbul edilməməsi məqsədi daşıyır.
Əraqçi həmçinin ABŞ Prezidenti Trampın tez-tez “saxta xəbərlər”dən şikayət etdiyini xatırladaraq, onun bu məsələdə yanlış məlumatların təsiri altına düşdüyünü düşündüyünü deyib.
İranlı diplomat vurğulayıb ki, ölkənin raket proqramı yalnız müdafiə xarakteri daşıyır və hücum məqsədi güdmür.
Tahir Turan
Globalinfo.az