Ohanyan Qarabağla bağlı 26 illik “gerçəyi” açıqladı

 

“Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra az qala hər ay Qarabağa səfər edən hökumət artıq bura ayaq basmır, hətta onu öz gündəmindən də çıxarıb”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist, “Hraparak” qəzetinin baş redaktoru Armine Ohanyan son yazısında qeyd edib.

“Biz fiziki və hüquqi baxımdan bizə bağlı olub-olmamasından asılı olmayaraq, Qarabağı Ermənistanın ayrılmaz hissəsi hesab edirdik. Əmin idik ki, Qarabağ məsələsi həll olunub, heç vaxt postsovet illərindəki vəziyyətə qayıtmayacağıq. İndi elə həddə çatmışıq ki, hətta Qarabağın sovet illərindəki vəziyyətini də tərifləyirik”, – A.Ohanyan bildirib.

Qeyd edək ki, ermənilər 1994-cü il Bişkek protokolu imzalanandan 2o20-ci il müharibəsində qədər Qarabağ məsələsinin həll olunduğunu iddia edirdilər.

Tamerlan Yayaqan
Globalinfo.az