Əlimdə siyahı var: Zelenski Rusiyadan bunu istəyir – Simonyan

“Kiyev artıq 4 aydır ki, Rusiyadakı 500 ukraynalı əsirin dəyişdirilməsindən imtina edir”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Rossiya Seqodnya” media qrupunun və “RT” telekanalının rəhbəri Marqarita Simonyan çıxış edib.

O, rəsmi Kiyevin sadəcə 38 əsirin Ukraynaya qaytarılmasını istədiyini bildirib:

“Volodimir Zelenski hazırda Rusiyada əsir saxlanılan 38 ukraynalı əsgərin mübadiləsinə razılıq verib. Onların hamısı “Azov” dəstəsinin üzvləridir. Qalan əsirlərin qaytarılması ilə bağlı heç nə deyilmir. Məndə 500 əsirin adı və doğum tarixinin siyahısı var. Bunu dərc edəcəyəm”.

Ayşən Mustafa
Globalinfo.az