dunya

BMT Baş Assambleyası ölkələrin ərazi ölçülərini daha dəqiq əks etdirən “Equal Earth” xəritəsindən istifadəni təşviq edən qətnamə qəbul edib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, qətnamə Afrika ölkələrinin təşəbbüsü ilə gündəmə gətirilib.

Afrika İttifaqına üzv 54 ölkənin BMT-yə təqdim etdiyi layihədə qitəni dünya xəritəsində olduğundan kiçik göstərən və 1569-cu ildən etibarən qlobal standart kimi qəbul edilən ənənəvi Merkator proyeksiyasından imtina edilməsi tələb olunur.

BMT qətnamələri məcburi xarakter daşımasa da, layihənin qəbul edilməsi təhsil proqramlarından tutmuş rəqəmsal xəritə texnologiyalarına qədər bir çox sahədə əsaslı dəyişikliklərə səbəb ola bilər.

medium

Toqo xarici işlər naziri Robert Düsse bu təşəbbüsün siyasi mübahisə olmadığını, elmi sübutların ortaya qoyduğu reallığın qəbul edilməsi olduğunu deyib. Flamand xəritəçisi Cerardus Merkator tərəfindən XVI əsrdə dənizçilərin işini asanlaşdırmaq məqsədilə hazırlanmış xəritə Yerin kürə formasını müstəviyə köçürərkən ciddi ölçü təhriflərinə səbəb olur. Bu təsvir üsulu nəticəsində qütblərə yaxın ərazilər olduğundan daha böyük, ekvatora yaxın coğrafiyalar isə xeyli kiçik görünür.

Məsələn, mövcud xəritədə Qrenlandiya ilə Afrika demək olar, eyni ölçüdə görünsə də, əslində Afrika qitəsi Qrenlandiyadan 14 dəfə böyükdür. Afrikanın ümumi ərazisi ABŞ, Çin, Hindistan, Yaponiya, Meksika və Avropanın böyük hissəsini əhatə edə biləcək qədər genişdir.

150429 africa

Tarixçilər və coğrafiyaşünaslar hesab edirlər ki, ənənəvi xəritə Şimal yarımkürəsindəki ölkələri vizual olaraq olduğundan böyük göstərərkən, Cənubu kiçildir və bunun beynəlxalq münasibətlərdə şüuraltı üstünlük təsəvvürü yaratdığını iddia edirlər.

Afrika İttifaqının dəstəklədiyi kampaniya isə bu təsəvvürü dəyişdirmək məqsədilə 2018-ci ildə beynəlxalq kartoqrafiya qrupu tərəfindən hazırlanmış və əraziləri real nisbətlərə daha uyğun əks etdirən yeni modelin qlobal standart halına gəlməsini hədəfləyir.

Paylaş: