WhatsApp Image 2026 09 05 at 12.41.48

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Moskvaya gəliblər.

Globalinfo.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi elçiləri, eləcə də onları qarşılayan Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyevi daşıyan avtomobil karvanı Vnukovo-2 hava limanından Moskvaya doğru yola düşüb.

***12:42

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Moskvaya gəlib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ABŞ nümayəndələrinin təyyarəsi Vnukovo-2 hava limanına enib.

    Rusiya KİV-i Uitkoff və Kuşnerin avtomobil kortejinin görüntülərini yayıb.

    Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçilərinin Ukrayna münaqişənin nizamlanması ilə bağlı təkliflərini tərəflərə çatdırmaq üçün sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edəcəkləri açıqlanıb.

    Paylaş: