ABŞ Ermənistanı Azərbaycanla sülh sazişinin imzalanması müqabilində Ermənistana “Nvidia” çiplərinin satılacağı vədini verib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
WSJ danışıqlardan məlumatlı mənbələrə istinadla bildirib ki, İrəvan üçün stimullardan biri Razdanda yerləşən “Firebird” süni intellekt mərkəzi üçün çiplərin alınmasına dair genişləndirilmiş icazələrin verilməsi olub.
Amerikalılar hesab edirlər ki, Ermənistana ABŞ ilə daha sıx iqtisadi əlaqələr təklif olunarsa, İrəvanın sülh yolu ilə nizamlanmaya razılıq vermə ehtimalı daha yüksək olacaq. “Firebird” layihəsinin tərtibatçıları gələn ilin sonunadək məlumat mərkəzində “Nvidia”nın ən yeni “Grace Blackwell” və “Vera Rubin” platformaları əsasında hazırlanmış 70 min süni intellekt serveri yerləşdirməyi planlaşdırırlar.
Məlumatı ABŞ-nin Ermənistandakı keçmiş səfiri Kristina Kvin də nəşrə təsdiqləyib. O bildirib ki, “Nvidia” bu tapmacanın çox mühüm detalıdır.