Əliyevin tələbi yerinə yetirilir: Arutyunyan açıqladı – VİDEO

***19.02.2023

Ruben Vardanyanın istefaya göndərilməsinə yaxın zamanlarda aydınlıq gətiriləcək.

Globalinfo.az xəbər verir ki, bunu Xankəndidəki qondarma rejimin “hakim partiya”sından olan “deputat” Artur Arutyunyan deyib.

O, hazırda bununla bağlı müzakirələrin aparıldığını bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı Vardanyanın istefasına artıq Moskvada razılıq verildiyi haqqında məlumat yaymışdı. Bundan başqa dünən Münxen Təhlükəsizlik Konfransında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Bakının Qarabağdakı ermənilərlə danışıqlara hazır olduğunu, amma bunu Vardanyanın Xankəndini tərk etməsindən sonra edəcəyini bildirmişdi.

İlkin Həsənov
Globalinfo.az