Əliyevdən kritik Ukrayna açıqlaması: 3 ölkəyə xüsusi mesaj verildi

Eliyev ilham 12

Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı sözləri diqqət çəkib. Prezident bildirib ki, hətta müharibə dayansa belə, yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. O, münaqişənin sona çatması üçün yekun sülh sazişinin vacibliyini vurğulayıb. 

Dövlət başçısı müharibənin yaxın zamanlarda yekunlaşacağı haqda səsləndirilən fikirlərin əksini söyləyib və qlobal sabitliyin əldə oluna bilməsi məsələsində nikbin olmadığını bəyan edib. Bəzi ekspertlərin fikrincə, İlham Əliyevin bu dəyərləndirməsi Ukrayna və ukraynalılar üzərində manipulyasiya cəhdlərini bir növ ifşa etdi.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumu zamanı “Euronews” telekanalına verdiyi müsahibədə həm regional, həm də qlobal səviyyədə yaxın keçmişimizdə baş vermiş və hazırda yaşanmaqda olan hadisələrə münasibətini bildirib:

“İlk baxışda həcm baxımdan çox qısa olan bu müsahibədə hadisələrin çox dolğun və ətraflı izahını görməmək mümkün deyil. Yəni İlham Əliyev kanal müxbirinin verdiyi sualları özünəməxsus şəkildə dərin məzmuna malik ifadələri ilə cavablandırır.

Müsahibəni oxuyarkən ortaya çıxan ilk təəssürat ondan ibarət olur ki, “Euronews” telekanalı öz müxbirinin qarşısına Azərbaycan Prezidentinin hazırda baş verən hadisələrlə bağlı proqnozlarını öyrənmək vəzifəsini qoyub. Yəni bütün tanınmış kütləvi informasiya vasitələri kimi bu kanalın da indiki məqamda baş verən hadisələrin hara gedib çıxacağını müəyyən etmək üçün ciddi dövlət rəhbərinin dəyərləndirməsinə ehtiyacı var.

Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumu zamanı “Euronews” telekanalına müsahibəsindən əsas məqamlara diqqət yetirək.
Forumda 50-dən artıq hazırkı, keçmiş dövlət və hökumət başçıları da daxil olmaqla, nüfuzlu qlobal xadimlər toplanır. Bu, beynəlxalq məsələlərə fikir mübadiləsi və yanaşmaların formalaşdırılması üçün platforma rolunu oynayır. İştirakçılar arasında fərqli fikirlər mənalı müzakirələrə kömək edir.

Dünya nizamı transformasiyadan keçir, gələcək beynəlxalq qarşılıqlı əlaqələr üçün aydın çərçivə yoxdur, onun müəyyən olunması indiki proseslərdən asılıdır. Ölkələr xarici yardımdan və ya beynəlxalq hüquqdan asılı olmaqdansa, daxili inkişafa və özünə güvənməyə üstünlük verməlidirlər. Beynəlxalq təşkilatlar getdikcə zəifləyir və ya səmərəsiz olur, xalqları ikitərəfli münasibətlərin möhkəmlənməsinə sövq edir”.

0f10ee149b432625f5a682d16e6027d5 3435176
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsindən

Politoloq bildirib ki, region tarixən münaqişə və düşmənçilik zonası olub:

“Azərbaycan sabitliyi qorumağa və gələcək hərbi qarşıdurmalardan qaçmağa çalışır. Regional əməkdaşlığın keçmiş təcrübələrinə (məsələn, sovet dövründə respublikalararası münasibətlər) əsaslanmaq dinc və yanaşı yaşayışın qurulmasına kömək edə bilər.
Asılılıq suverenliyi zəiflətdiyi üçün ölkələr xarici güclərə həddən artıq etibar etməkdən çəkinməlidirlər. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməkdə əldə etdiyi uğurlar özünü təmin etməkdən irəli gəlirdi.

Milli maraqlar beynəlxalq institutlara və ya xarici müdaxilələrə arxalanmaqdan üstün tutulmalıdır. Sabitlik xalqların öz gələcəkləri üçün məsuliyyət daşımasını tələb edir. Güclü regional əməkdaşlıq və özünü təmin edən milli strategiyalar uzunmüddətli sabitlik üçün vacibdir.
Azərbaycanın özünə inam modeli digər xalqlar üçün nümunədir. Bütövlükdə, Prezident Əliyev ikitərəfli münasibətlərin daha da gücləndirilməsi və beynəlxalq təşkilatlardan asılılığın azaldılmasının tərəfdarı olmaqla, özünə inam, regional əməkdaşlıq və inkişaf edən qlobal nizama uyğunlaşmanı vurğulayır.

İndi demək olar ki, bütün dünya dövlətlərini ciddi şəkildə maraqlandıran məsələ olan Rusiya -Ukrayna müharibəsinin ətrafında cərəyan edən vəziyyətin İlham Əliyev tərəfindən qiymətləndirilməsi, düşünürəm ki, prosesdə iştirak edən dövlətlər ABŞ, Rusiya, Ukrayna üçün yol xəritəsi kimi çıxış edə bilər. Çünki bu, sadəcə beynəlxalq münasibətlər nəzəriyyəsinə əsaslanan qiymətləndirmə deyil. Azərbaycan Respublikası Prezidenti ölkəsinin bu və ya digər dərəcədə oxşar münaqişəsindən əldə olunan nəticə və təcrübədən çıxış edərək öz təhlilini təqdim edir və iştirakçı dövlətləri müharibənin tez bitməsi ilə bağlı illüziyalardan çəkinməyə səsləyir.

İlham Əliyev eyni zamanda öz proqnozu ilə ABŞ Prezidenti Donald Trampın irəli sürdüyi xəttin həqiqətə daha yaxın olduğunu bildirmək istəyir. ABŞ prezidentinin də əsas məqsədi atəşkəsə nail olmaq, tökülən qanların qarşısını almaq deyilmi? Sülh müqaviləsinin imzalanması on illər çəkə bilər. Amma bu illər ərzində insanların məhvinə imkan vermək olmaz”.

Turan Rzayev
Globalinfo.az