Moskva görüşündə liderlər nə yeyib? – Menyu

Mayın 25-i Moskvada keçirilən Avrasiya İqtisadi Birliyinin forumunda iştirak edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan liderlərinə verilən yeməklərin menyusu təqdim edilib.

Globalinfo.az xəbər verir ki, “RİA-Novosti” menyunu yayımlayıb.

Liderlər üçün hisə verilmiş dana əti, salat, nərə balığı ilə Həştərxan plemenisi, turşəng şorbası hinduşka əti və bildirçin yumurtası ilə, rəvənd və çiyələkdən şərbət hazırlanıb.

İsti yeməkdən öncə şərbət təqdim edilib.

Həmçinin menyuda levrək filesi bişmiş tərəvəzlər və ənginarla, quzu əti yaşıl lobya və tomatla olub.

Desert üçün isə armudlu və karamelli dondurma servis edilib.

Ayşən Mustafa
Globalinfo.az