Əliyev 1998-ci ildə yazıb: indi o planı işə salır – Erməni politoloqdan ŞOK

“Heydər Əliyev 1998-ci ildə Mart soyqırımı ilə bağlı 5 səhifəlik fərman imzalayıb. Həmin sənəddə Qərbi Azərbaycanla bağlı açıq şəkildə göstərilir ki, ermənilər 200 ildir dövləti olmadan soyqırım həyata keçirir, ruslardan istifadə edib, Azərbaycan torpaqlarında öz dövlətlərini qururlar”.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Suren Zolyan deyib.

O qeyd edib ki, İlham Əliyev atasının bu fərmanına istinad edir və Qərbi Azərbaycan ideyasını həyata keçirir, Zəngəzur məsələsini, İrəvan xanlığının varisi olduqlarını gündəmə gətirir:

“İran yeganə dövlətdir ki, hazırda Azərbaycanın dövlət siyasətinin həyata keçirilməsində ciddi maneədir. Və müəyyən dərəcədə Rusiya da bu fikrin əleyhinədir, lakin bu, hazırda yalnız ekspertlər səviyyəsində nümayiş etdirilir.

İndi “3+3” formatı formalaşır, əslində isə üç dövlət var, çünki Azərbaycan və Türkiyə vahiddir, Gürcüstan iştirak etmir: yəni təqribən Suriya məsələsində formalaşan İran-Türkiyə-Rusiya formatıdır. Bu məqamda Azərbaycanın planına əngəl törədən əsas ölkə İrandır, müəyyən dərəcədə isə Rusiya. Rusiya ilə çoxlu fikir ayrılığı olan Türkiyə Azərbaycanla razılaşır, amma bu, Əliyevin Qərbi Azərbaycanı “azad etmək” ideyasının tam həyata keçirilməsi deyil, sadəcə olaraq, üç dövlət arasında bölünmə ola bilər”.