Əliyevin tarixi həmləsi… – Erməni ekspert 2010-cu ildə yaşanmış faktı açdı

“2010-cu ili xatırlayıram, tədqiqatçı Hraç Abrahamyanla söhbətim zamanı Azərbaycanın müharibəyə başlaması haqda danışdım”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Hasmik Babacanyan deyib.

“Abrahamyan açıq şəkildə bəyan etdi ki, Azərbaycan müharibəyə başlamağa hazır deyil. Başlasa, biabırçı şəkildə uduzacaq. O həmçinin bildirdi ki, ermənilərdə qalib psixologiyası var”, – H.Babacanyan qeyd edib.

Ekspert vurğulayıb ki, həmin söhbət zamanı Abrahamyan Ermənistanın o zaman hərbi güc baxımdan da Azərbaycandan üstün olduğunu açıqlayıb.

H.Babacanyan bundan cəmi 10 il sonra Ermənistanın özünün biabırçı şəkildə məğlub olmasına inana bilmədiyini və bunun səbəblərini araşdırmağın zəruriliyini vurğulayır.

Qeyd edək ki, 2000-ci illərdən etibarən istər ictimaiyyətdə, istərsə də siyasi kluarlarda Azərbaycanın Qarabağın azad edilməsi üçün müharibə başlatmalı olduğu haqda fikirlər səsləndirilirdi. Zaman keçdikdə bəlli oldu ki, həqiqətən də, həmin dönəm Azərbaycan Ordusu havadarları tərəfindən tam təmin olunmuş və möhkəmlənmiş Ermənistan ordusuna asanlıqla qalib gəlmək gücündə deyildi. Şübhəsiz ki, bunu Prezident İlham Əliyev də bilirdi və əsas diqqəti Ordunu gücləndirməyə cəlb etmişdi. Bu illər ərzində hərbi qüdrətini artıran rəsmi Bakı Ali Baş Komandan İlham Əliyevin “mən nəyi, nə zaman etməli olduğumu yaxşı bilirəm” sözünün nə qədər sağlam məntiqə dayandığını 2020-ci il Vətən müharibəsində göstərdi.

Aqşin
Globalinfo.az