Əgər kimsə sizdən hədə-qorxu ilə pul tələb etsə… – Elşad Hacıyev

DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev vətəndaşlara müraciət edib.

Globalinfo.az bildirir ki, Elşad Hacıyev müraciətində bildirib:
“Əgər kimsə sizə “fotolarını yayacağam”, “ailə üzvlərinizə fotolarını və mesajlarını göstərəcəyəm”, “haqqınızda sosial şəbəkədə rusvayedici məlumatlar paylaşacağam”- deməklə hədə-qorxu ilə pul tələb etsə, dərhal polisi məlumatlandırın.
Əgər bir dəfə tələb olunan pulu versəniz, o davamlı olaraq sizdən daha böyük məbləğlərdə pul tələb edəcəkdir.
Dünən əməkdaşlarımız birini tutub. Eyni dalğa, eyni koordinatla vətəndaşı talayıb. Növbəti cəhddə saxlanılıb”.