“Bu qərar təsdiqlənməsə, Ukrayna məğlub olacaq” – Zelenski

“ABŞ Konqresi Kiyevə yardım paketinin ayrılması qərarını təsdiqləməsə, Ukrayna Rusiya Federasiyası ilə davam edən silahlı münaqişədə məğlub olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski ABŞ-ın dəstəyi olmadan Ukraynanın məğlubiyyətə uğrayacağını bildirib:

“Biz Konqresə konkret deməliyik ki, əgər onlar kömək etməsə, Ukrayna müharibəni uduzacaq. Konqresin bu dəstəyi olmadan bizim üçün nəinki qalib gəlmək, hətta müharibədə davam gətirmək belə çəyin olacaq”.

Əliyar Xəlil
Globalinfo.az