Türk ölkəsinin paytaxtında dağıdıcı zəlzələ: insanlar küçələrə axışdı

Özbəkistanın paytaxtı Daşkənddə güclü zəlzələ olub, daha sonra uzun afterşoklar meydana gəlib. 

Globalinfo.az xəbər verir ki, zəlzədən qorxuya düşən Daşkənd sakinləri küçələrə axışıblar.

Məlumata görə, Əfqanıstanda 220 kilometr dərinlikdə 6,8 bal gücündə zəlzələ olub və təsiri Özbəkistanda hiss edilib. Zəlzələnin espisentrindən Daşkəndə qədər olan məsafə cənub-şərq istiqamətindən 561 kilometrdir.

Yerli mətbuat ölkədə illərdir bu qədər güclü zəlzələnin hiss edilmədiyini, son illərdə maksimum 4 bala kimi baş verdiyini qeyd edib.