Dünya “X xəstəliyi” pandemiyasına hazırlaşır

Davosda keçirilən Dünya İqtisadi Forumunda beynəlxalq səhiyyə təşkilatlarının nümayəndələrinin naməlum xəstəliyə hazırlıqla bağlı müzakirə aparmaları diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, molekulyar bioloq İrina Yakutenko Haqqın.az-a açıqlamasında bunu koronavirus kimi pandemiyaya səbəb ola biləcək yolxucu bir xəstəliyin simvolu adlandırıb.

“COVID-19 pandemiyasının lap əvvəlində dünya təkəbbürlə bu yoluxucu bəlanın öhdəsindən asanlıqla gələ biləcəyinə inanırdı. Dünyada hələ də yerli epidemiyalara səbəb olan daha çox təhlükəli viruslar var. Kütləvi miqrasiya, iqlim dəyişikliyi, tropik meşələrin istilası, heyvanlarla yaxın təmas yolxucu xəstəliklərin yaranmasına səbəb olan daha təhlükəli virusları ortaya çıxarır” – bioloq qeyd edib.

ÜST-nin Avropa Regional Bürosunun infodemik idarə (informasiya epidemiyası – red.) üzrə mütəxəssisi Stefan Voina isə Azərbaycanı pandemiya ilə yanaşı, deinformasiyalara qarşı da mübarizə aparmağa çağırıb. O bildirib ki, doğru olmayan məlumatlar əhalinin psixoloji sağlamlığı və pandemiya ilə mübarizəyə zərbə vurur. COVİD-19 zamanı bu açıq müşahidə olunub.