Donetsk səmasında güclü partlayış səsi eşidilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilir ki, partlayış Moskva vaxtı ilə saat 21:45–21:50 aralığında şəhərin mərkəzi və şimal hissələrində aydın şəkildə hiss olunub.
Hadisənin səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Tahir Turan
Globalinfo.az